Pirelli Əbu Dabi Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Builki reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Əbu Dabi Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, italyanlar Yas Marinaya ən yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft tərkiblərini gətirəcəklər. Soft və SuperSoft tərkibləri məcburi elan olunduğu üçün hər bir sürücü bu tərkiblərdən ən azı bir dəst sifariş etməlidir və yarışda onlardan heç olmasa biri ilə trasa çıxmalıdır.

Keçən il Yas Marinada Soft və SuperSoft tərkiblərdən istifadə olunmuşdu, indi isə bu tərkiblərə bu ildən istifadə olunan UltraSoft əlavə olunub. Əbu Dabidə çempionluq mübarizəsi aparacaq Mercedes AMG sürücülərinin hər ikisi eyni təkər seçimi ediblər…

Sürücü Komanda Soft SuperSoft UltraSoft
Lyuis Həmilton Mercedes AMG 4 2 7
Niko Rosberq Mercedes AMG 4 2 7
Sebastyan Fettel Ferrari 5 1 7
Kimi Rəykkönen Ferrari 4 2 7
Valtteri Bottas Williams 4 2 7
Felipe Massa Williams 5 1 7
Daniel Rikkardo Red Bull 5 2 6
Maks Ferstappen Red Bull 5 2 6
Niko Hülkenberq Force İndia 3 2 8
Serxio Peres Force İndia 3 3 7
Kevin Maqnussen Renault 5 2 6
Colion Palmer Renault 4 3 6
Daniil Kvyat Toro Rosso 4 2 7
Karlos Sayns Toro Rosso 4 2 7
Fernando Alonso McLaren 5 2 7
Censon Batton McLaren 5 1 7
Markus Eriksson Sauber 3 4 6
Felipe Nasr Sauber 3 4 6
Paskal Verlyayn Manor 4 3 6
Esteban Okon Manor 4 3 6
Roman Qrojan Haas 4 2 7
Esteban Qutyerres Haas 3 3 7
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*