N.Rosberq cərimə olunub

Niko Rosberq bazar günü yarışın startında beş yer itirməli olacaq – almaniyalı sürücünün maşınında ötürmələr qutusu dəyişdirilib… Niko Rosberq: “Bu […]

Niko Rosberq bazar günü yarışın startında beş yer itirməli olacaq – almaniyalı sürücünün maşınında ötürmələr qutusu dəyişdirilib…

Niko Rosberq: “Bu gün səhər tras quru idi, düzdür sonra yağış başladı – ona görə də biz həm quru təkərlərlə, həm keçid təkərlərilə, həm də güclü yağış təkərlərilə işləyə bildik. Sabaha da hava proqnozu yağış vəd edir, ona görə də yağışda maşının davranışını öyrənmək vacib idi. Bazar günü isə hava quru olacaq.

Əlbəttə, hələ Silverstounda ötürmələr qutusunda yaranmış problemin həll olunmaması yaxşı hal deyil, ona görə də qutunu dəyişməli olduq. Nəticədə yarışda beş yer itirəcəm.”

Startda Roman Qrojan da 5 yer itirəcək – fransalı sürücünün də maşınında son yarışda ötürmələr qutusunda problemlər yaranmışdı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*