22 Avqust 2019, Cümə axşamı - 10:02

Pirelli xəbərdarlıq edir: Dörd pit-stoplu yarışlara hazır olmaq lazımdır…

Pirelli xəbərdarlıq edir: Dörd pit-stoplu yarışlara hazır olmaq lazımdır…

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:33 - 19 İyun, 2013

Pirelli şirkətinin Mercedes AMG komandası ilə testlərindən sonra Formula1-dəki vəziyyəti təhlil edən bəzi ekspertlər nəticə çıxarıblar ki, baş verənlərdə nə […]

Pirelli şirkətinin Mercedes AMG komandası ilə testlərindən sonra Formula1-dəki vəziyyəti təhlil edən bəzi ekspertlər nəticə çıxarıblar ki, baş verənlərdə nə şirkət, nə də komanda günahkar deyillər.

Ceyms Allenin fikrincə, “Pirelli komandaların və çempionat rəhbərliyinin qətiyyətsizliyindən bezib, çünki hələ də 2014-cü il üçün müqavilə imzalanmayıb. Hələ bu azmış kimi təkər istehsalçısını bütün problemlərin səbəbkarı kimi qələmə verirlər. Şirkət əmin edir ki, komandalar arasındakı münasibətlərin pozulması və qarşılıqlı etibarın itməsi anormal vəziyyətə gətirib çıxarıb: Pirelli-dən təhlükəsiz təkər düzəltməyi xahiş edirlər, amma bu zaman yarışlarda taktiki oyun elementi də unudulmamalıdır, lakin eyni zamanda yarış traslarında test keçirmək imkanı verilmir.

Pirelli-ni “başı qapazlı oğlan” rolu qane etmir və onlar öz mövqelərini sərtləşdirmək niyyətindədirlər…”

Hazırda hamını bir məsələ düşündürür: 3 gündən sonra FİA-nın Beynəlxalq Tribunalı hansı qərarı qəbul edəcək: iclasda “gizli şəxsi testlər” müzakirə olunacaq. Bu arada Pirelli Motorsport-un başçısı Pol Hembri isə idman ictimaiyyətini xəbərdar edib ki, qarşıdakı isti yarışlarda pit-stopların sayının dördə çatmasına hazır olmaq lazımdır…

Pol Hembri: “Düzdür, komandalar artıq təkərlərlə effektiv işləməkdə böyük tərəqqi əldə ediblər. Keçən illərdə də görmüşdük ki, Macarıstan Qran Prisinədək vəziyyət stabilləşir.

Amma düşünürəm ki, bizi hələ çətin yarışlar gözləyir. Qarşıda Silverstoun gəlir və əgər hava isti olarsa, onda biz yenə də ağır yarış gözləyirik. Ona görə də bəzi yarışlarda biz hələ dörd pit-stop görəcəyik, əlbəttə, biz bunu istəmirik.

Bunun qarşısını almaq üçün Hard tərkibini dəyişmək lazımdır, bunun üçün isə bütün komandaların razılığı gərəkdir, biz isə bilirik ki, bu razılıq əldə olunmayacaq…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 326
Teqlər , , , ,
Paylaş

logo