Williams FW40-ın ilk görüntüləri yayılıb (video)

Komandalar yeni maşınların hazırlıq işlərini yekunlaşdırmaq üzrədirlər və gələn həftədən etibarən təqdimatlar başlayacaq. Williams komandası hələ ki, təqdimat tarixini açıqlamayıb, lakin yeni maşının qrafik təsvirləri internetdə yayılıb.

F-1.az xəbər verir ki, görüntüləri ilk olaraq AutoSportMotorSport yayımlayıb. Keçən mövsümlərdə yeni maşının qrafik təsvirlərini əvvəlcədən yayımlayan komanda bu il də ənənəsinə sadiq qalıb.

Maşının rəng çalarları dəyişməz qalıb. Komandanın Formula1-dəki 40-cı ildönümünə görə FW40 adlandırılan maşın heç də pis görünmür. Lakin on gün sonra başlayacaq testlərdə maşınlar daha fərqli görünə bilərlər…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*