F1 motorlarının səsinin təkamülü (video)

Son 40 ildə Formula1 maşınlarında motorların səsi necə dəyişib? Bu il çempionatda iştirakının 40-cı ilini qeyd edən Williams komandası rəsmi Twitter hesabında yeni video dərc edərək, komandanın tarixində xüsusi yer tutan 8 maşının nümunəsində bu prosesin təkamülünü göstərib.

F-1.az bildirir ki, çəkilişlər Silverstounda reallaşdırılıb, Williams komandası 40 illik yubileyni də bu trasda keçirmişdi. Videoda müxtəlif dövrlərin maşınları təmsil olunublar: əlbəttə, hər şey komandanın 1977-ci ildə çıxış etdiyi Williams March 761 maşınından başlayır. O zaman bu maşında əfsanəvi Cosworth DFV motoru çalışırdı. Sonuncu isə hibrid Mercedes motoru ilə çalışan bu ilin Williams FW40 maşınıdır.

Aydındır ki, F1 həvəskarları videoda maşınların səsinin dəyişməsi ilə yanaşı maşınların aerodinamikasının da necə təkmilləşməsini seyr edə bilərlər…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*