L.Stroll: “Massanın qayıtmağına fanlar sevinir”

Williams komandasının debütant sürücüsü Ləns Stroll bildirib ki, Felipe Massa ilə komanda yoldaşı olduğu üçün sevinclidir.

F-1.az xatırladır ki, Valtteri Bottas Mercedes-ə keçdikdən sonra Williams komandası onun əvəzinə Felipe Massanı gətirmək qərarına gəlib.

Beləliklə, britaniyalılar 35 yaşlı sürücünüm təcrübəsi hesabına stabil mövsüm keçirməyə ümid edirlər.

Ləns Stroll: “Düşünürəm ki, fanların çoxu Massanın qayıtmasına görə sevinclidir. Williams-ın gənc sürücü akademiyasına qoşulandan bəri onunla işləyirik. Düşünürəm ki, bu mükəmməl həll yoludur. Valtterinin yeri üçün ən gözəl alternativdir.

Amma onun qayıdışı mənim üçün heç nə dəyişdirməyəcək. Görüləsi çox işim var”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*