Norris: Simulyatorda sürət və qorxu hissi yoxdur

Lando Norris mərhələyə simulyatorda hazırlaşıb və hesab edir ki, Madrinq həftəsonu ərzində bir neçə sürpriz yaşada bilər…

Lando Norris: “Bu, çoxlu kor döngə və görünüşün məhdud olduğu hissələri ilə mürəkkəb trasdır. Bütün bunlar pilotajı xeyli çətinləşdirəcək, kokpitdə vəziyyəti real qiymətləndirmək çətin olacaq.

Mən yeni traslara gəlməyi sevirəm. Hərəsinin öz sirri var, hər birinə fərqli yanaşma lazımdır. Əgər bunu tapa bilsəniz, bu, üstünlüyə çevrilə bilər, amma bunun üçün həqiqətən yaxşı hazırlıq lazımdır.

Simulyatorda şəhər tipli trasın yaratdığı sürət hissi və qorxu olmur. Əsas problem ondadır ki, asfaltla ilişməni hiss etmirsiniz, halbuki məhz bu, maşına olan inamınızı müəyyənləşdirir.

Simulyatorda sürətlənmə hissi çatışmır, bu isə xüsusilə La Monumental-da nəzərə çarpır – ora kifayət qədər sürətlə yaxınlaşırsınız, amma kompüterdə bu sürəti hiss etmirsiniz – uyğunlaşması ən çətin olan məqam da məhz budur”.