L.Norris: Belə olacağını gözləmirdik

McLaren komandasının sürücüsü Lando Norris çətin keçən cümə günündən sonra yarışda dördüncü yerə sevinir.

F-1.az xatırldır ki, gənc sürücü yarışa 6-cı yerdən başlasa da, startda 5-ci yerə yüksəlib. Sonra isə Həmiltonun səhvi ilə 4-cülüyü ələ keçirib və sona qədər yerini qoruyub.

Lando Norris: “Belə nəticəni gözləmirdik. Cümə günündən sonra düşünürdük ki, ən çətin həftəsonlarından biri olacaq, çünki boliddə özümü rahat hiss etmirdim.

Yarışda hər şey bizim xeyrimizə işlədi. Lyuis bariyerlərə çırpıldı, Maks isə məni keçmək istərkən döngəyə girə bilmədi. Lakin yaxşı yarışdığımızı düşünürəm.

Alpine bizdən sürətli idi. Düşünürdük ki, onlar yüksək pilləlrə tutacaqlar və biz xalsız qalacağıq. Amma tərsi oldu. Bolidimiz daha yavaş olsa da, onları qabaqlamaq gözəl oldu.

Karyeramın ən çətin yarışlarından biri olsa da, həzz aldım. Rəqiblərimizin xalsız qaldığı yarışda mən 4, Daniel 5-ci oldu və bu əladır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*