N.Hülkenberq: “Təəssüf ki, cəmi bir xal qazana bildik”

Williams komandası mövsümün bütün yarışlarında xal qazanmaq ənənəsini davam etdirib, amma Rubens Barrikello bu dəfə on ardıcıl yarışda xal qazanmaq […]

Williams komandası mövsümün bütün yarışlarında xal qazanmaq ənənəsini davam etdirib, amma Rubens Barrikello bu dəfə on ardıcıl yarışda xal qazanmaq seriyasını dayandırıb – startda problemlər yaşayan braziliyalı sürücü yarışı yaxşı keçirsə də, xal qazana bilməyib. Onun gənc komanda yoldaşı Niko Hülkenberq yüksək beşinci yerdən start alsa da, finişdə yalnız onuncu olmaqla karyerasında ilk xalını qazanıb…

Niko Hülkenberq: “Etibarlılıq problemləri üzündən mən və Rubens yaxşı start ala bilmədik, təəssüf ki, komanda üçün uğurlu olmuş sıralanma turundan sonra cəmi bir xal qazana bildik. Maşına sürət çatmırdı, mübarizə asan olmadı və heyif ki, biz hələ rəqiblərimizi uduzuruq. Amma biz əlimizdən gələni edəcəyik ki, geriqalmanı aradan qaldıraq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*