N.Haydfeld Mercedes GP-nin üçüncü sürücüsüdür!

Mercedes GP bu gün Nik Haydfeldlə 2010-cu il mövsümü üçün müqavilə bağlamasını elan edib – alman sürücü komandanın ehtiyat və […]

Mercedes GP bu gün Nik Haydfeldlə 2010-cu il mövsümü üçün müqavilə bağlamasını elan edib – alman sürücü komandanın ehtiyat və üçüncü sürücüsü olacaq…

Mixael Şumaher kimi Nik də beynəlxalq avtoidmanda peşəkar karyerasını Mercedes-in dəstəyi ilə başlamışdı. Almaniyanın F3 seriyasında 1997-ci ildə çempion olduqdan sonra o McLaren Mercedes komandasının testlərinə dəvət olunub, 1998-ci ildə komandanın rəsmi test sürücüsü olub, 2000-ci ildə isə Prost komandasında Formula1-də debüt edib. Bundan sonra Nik 167 Qran Pridə start alıb və ən stabil sürücülərdən biri hesab olunur, podiumun ən yüksək zirvəsinə qalxa bilməsə də, digər pillələrində 12 dəfə olub.

Nik Mercedes GP komandasının əsas heyətinə namizədlərdən biri hesab olunurdu, amma komanda Mixael Şumaherə daha üstünlük verdi. Amma komandanın Niklə müqaviləsi Mercedes GP-nin “milli” alman komandası statusunu daha da möhkəmləndirdi…

Nik Haydfeld: “Mən Mercedes GP Petronas komandasına qoşulmağa şadam. Bu komanda indi hamının diqqət mərkəzindədir, yalnız ona görə yox ki, Mixael Şumaher Formula1-ə qayıdır, həm də ona görə ki, Mercedes-in zavod komandası – əfsanəvi “gümüşü oxlar” qayıdır.

Əlbəttə, mən əsas sürücü müqaviləsinə üstünlük verərdim, amma mən belə bir komandanın bir hissəsi olmağımla da fəxr edirəm. Mən bilirəm ki, bu komanda nə dərəcədə ciddi məqsədlər güdür və Mixaellə Nikoya kömək etmək üçün əlimdən gələni edəcəm.”

Ross Braun: “Biz şadıq ki, bu mövsümdə komandanın ehtiyat və test sürücüsü Nik Haydfeld olacaq. Nik 10 il ərzində müxtəlif komandalarda çıxış edib və onun təcrübəsi Mercedes GP-nin ciddi aktivi olacaq. Biz sıx və effektiv əməkdaşlığa ümid edirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*