V.Malya: “Daha çox resursla çempion olarıq”

Force İndia komandasının rəhbəri Vicey Malya bildirib ki, komandası balaca büdcə ilə inanılmaz işlər görür və daha çox büdcələri olsa, daha yaxşı nəticələrlə yuxarı pillələrdə qərarlaşa bilərlər...

F-1.az xatırladır ki, hindistanlılar ilk 7 yarışdan sonra 71 xal toplayaraq, 4-cü yerdə qərarlaşıblar və 3-cü yerdəki Red Bull-dan 41 xal geri qalırlar.

Vicey Malya: “Sözün açığı, builki startımız hamını təsirləndirib. Rəqiblərimizə nisbətən daha az resursa sahib olsaq da, möhtəşəm işlər görürük. Əgər bu idman bir az ədalətli olsaydı, nələr edə biləcəyimizi xəyal edirəm. Məncə, hamı bu sualın cavabını az-çox proqnozlaşdıra bilir. Komandada hər kəs əlindən gələni edərək, işləyir. Ümid edirəm ki, mövsümün sonunda əvvəlki illərə nisbətə daha çox xal toplayarıq. İdmana daxil olduqdan sonra davamlı olaraq, inkişaf etdik və builki məqsədimiz də eynidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*