R.Kubitsa müalicəsini İtaliyada davam etdirəcək

Robert Kubitsanın meneceri Daniel Morelli sürücünün vəziyyətinin pisləşməsi barədə dünən yayılmış məlumatları təkzib edib və jurnalistlərə bildirib ki, Robertin bərpa […]

Robert Kubitsanın meneceri Daniel Morelli sürücünün vəziyyətinin pisləşməsi barədə dünən yayılmış məlumatları təkzib edib və jurnalistlərə bildirib ki, Robertin bərpa prosesi də İtaliyada davam edəcək…

Daniel Morelli: “Mən dünən mətbuatda getmiş məlumata görə çox təəssüflənirəm – bu səhv məlumat idi. Müalicə plan üzrə gedir, aparılmış cərrahi əməliyyatların mürəkkəbliyini nəzərə alsaq, Robertin kliniki və psixoloji vəziyyəti nikbinlik aşılayır.

Dünənki tibbi müayinə müsbət nəticə verib, sabah isə onu dirsəyində sonuncu əməliyyat gözləyir. Biz dünən Robertlə uzun müddət söhbət elədik, onun fiziki vəziyyətini və gələcək bərpa prosesini, eləcə də Xeres testlərinin nəticələrini müzakirə elədik.

Məncə, bərpa prosesi də İtaliyada davam edəcək. Stabillik ən vacib faktordur, həm də Robert qəzadan sonra onunla məşğul olan həkimlərlə daim ünsiyyətdə olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*