R.Kubitsa: “Daha bir əla yarış”

Keçən yarışda Robert Kubitsa Renault komandası üçün podium qazanmışdı, Malayziyada isə polşalı sürücü podiumun bir addımlığında dayanıb – amma Renault […]

Keçən yarışda Robert Kubitsa Renault komandası üçün podium qazanmışdı, Malayziyada isə polşalı sürücü podiumun bir addımlığında dayanıb – amma Renault komandası hələ bütün yarışlarda yalnız bir maşınla finiş görüb. Robertin komanda yoldaşı Vitaliy Petrov əla yarış keçirsə də, yarışı yarışmçıq dayandırmalı olub. Robert isə yarışdan razı qalıb…

Robert Kubitsa: “Daha bir əla yarış, maşın bütün yarış məsafəsində yüksək tempi saxlamağa imkan verirdi. Bizim üçün start vacib idi, birinci döngədə mən Hülkenebrqi qabaqladım, ikinci döngədən yaxşı çıxdığım üçün Sutili də keçə bildim. Bundan sonra mən rəqiblərimdən uzaqlaşdım, amma Rosberqlə podium uğrunda mübarizə aparmağa sürət çatmırdı. Dördüncü yer əla nəticədir, komanda da çempionatda yaxşı gedir, amma biz hələ çox gərgin çalışmalıyıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*