Formula1 azarkeşsiz yarışlarla başlayacaq?

Formula1 şərhçisi Devid Kulthard bildirib ki, Formula1 mövsümü tezliklə azarkeşsiz yarışlarla başlaya bilər.

F-1.az xatırladır ki, koronavirus pandemiyasına görə Formula1 mövsümünün ilk 8 yarışı ya təxirə salınıb ya da ləğv edilib. Belə görünür ki, növbəti Kanada və Fransa yarışları da təxirə salınacaq.

Devid Kulthard: “İnanıram ki, idman tədbirləri daha tez keçirilməyə başlanacaq. Buna görə də yarışlar tezliklə keçiriləcək. Düşünürəm ki, azarkeşsiz yarışlar olacaq. Növbəti yarışlarda azarkeşlər gəlməyə başlayacaqlar. Ancaq Hollandiya yarışı azarkeşsiz də keçirilə bilər. Yarışın vaxtında keçirilməməsi pis oldu. Hamı Zandfortdakı yarışı səbirsizliklə gözləyirdi. Ümid edirəm ki, onlara yeni tarix tapılar. Diqqətli olmalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*