22 Avqust 2019, Cümə axşamı - 09:12

M.Çilton Marussia-da qalır!

M.Çilton Marussia-da qalır!

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:54 - 15 Yanvar, 2014

Bu gün Autosport İnternational Show tədbiri zamanı Marussia komandasının prezidenti və idman direktoru Qrem Loudon təsdiq edib ki, komanda heyətini […]

Bu gün Autosport İnternational Show tədbiri zamanı Marussia komandasının prezidenti və idman direktoru Qrem Loudon təsdiq edib ki, komanda heyətini saxlayacaq – Jül Byankinin komanda yoldaşı yenə də Maks Çilton olacaq…

Qrem Loudon: “Biz Autosport İnternational Show tədbiri zamanı Maksla müqaviləmizin təsdiq olunmasına şadıq – biz burda böyük dəstək hiss edirik və bizim idmanda böyük rol oynayan azarkeşlərimizi sevindirmək istəyirik.

Keçən mövsümün gedişində Maks və Jülün tərəqqisi bizim bu iki gənc, amma istedadlı sürücüyə inamımızı təsdiq etdi. Əminəm ki, azarkeşlərimiz də bizim kimi bu sürücülərin ikinci mövsümündə komanda ilə nəyə nail olduqlarını səbirsizliklə görmək istəyirlər.”

Maks Çilton: “Mən Marussia komandası ilə ikinci mövsümü keçirməyə çox şadam. Heyətin stabilliyi təkcə komanda üçün deyil, elə mənim üçün də çox vacibdir. Debüt mövsümündə çox şey öyrənməlisən, yalnız ikinci mövsüm sürücünün potensialını göstərməyə imkan verir. Mənim karyeramda aşağı seriyalarda həmişə belə olub və mən ümid edirəm ki, bu il hamı böyük inkişafın şahidi olacaq.

Marussia komandasına inam və dəstək üçün təşəkkür etmək istəyirəm. Bu komandada çox əməksevər və məqsədyönlü insanlar çalışırlar və mən səbirsizliklə yeni mövsümün startını gözləyirəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 478
Teqlər , , , , ,
Paylaş

logo