M.Uebber: “Şumaherin nəticəsi şou idi”

Mercedes GP komandası üçün mövsümöncəsi testlərin başlanğıcı yaxşı alınmayıb – nə Valensiya testləri zamanı, nə Xeres testlərinin ilk günü həm […]

Mercedes GP komandası üçün mövsümöncəsi testlərin başlanğıcı yaxşı alınmayıb – nə Valensiya testləri zamanı, nə Xeres testlərinin ilk günü həm Mixael Şumaher, həm də Niko Rosberq yekun protokollarda yeddinci yerdən yuxarı qalxa bilməmişdilər. Aydındır ki, hər bir komanda öz proqramı üzrə işləyir, amma Norbert Hauq MGP W02 maşınının problemləri olduğunu etiraf etməli oldu.

Və birdən fevralın 11-də Şumaher günün ən yaxşı nəticəsinə imza atdı. Bir çoxları bu nəticəni gözlərə kül üfürmək və Ştutqart konserninin işlərin heç də pis olmamasını göstərmək cəhdi kimi yozub. Red Bull komandasının sürücüsü Mark Uebber də Autosprint-ə müsahibəsinə bu cür düşündüyünü bildirib: “Məncə, bu, sadəcə Almaniya üçün şou idi. Super Soft təkərləri sürətli olmağa imkan verir, hərçənd, bu sürət cəmi bir dövrəyə çatır.”

Aydındır ki, Mixaelin özü bu fikirlə razı deyil: “Mən bu nəticəni on dövrəlik seriya zamanı göstərmişdim, ona görə də deyə bilmərəm ki, baklarda yanacaq az idi. Ən yumşaq təkərləri isə testlərin gedişində təkcə bizim komanda istifadə etmirdi.”

Maraqlıdır ki, Şumaherin ardınca Nik Haydfeld və Rubens Barrikello da günün lideri olublar. Xatırladaq ki, Lotus Renault GP komandası Robert Kubitsanın qəzasından sonra çətin vəziyyətdədir, Williams komandası isə satışa öz səhmlərini buraxıb. Hər iki hada sürücülərin yaxşı nəticələri lap yerinə düşüb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*