C.Batton F1-ə qayıtmaq istəyir?

Formula1 üzrə 2009-cu ilin Dünya Çempionu Censon Batton F1 üçün darıxdığını deyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü 17 illik F1 karyerasında 307 yarışa çıxmış və 2016-cı ilin sonunda karyerasını bitirmişdi.

Censon Batton: “Formula1 bolidinə yenidən oturmağı çox istəyirəm. Lakin bu idmanda sürücüləri tez unudurlar. Paddokda insanlar məni tanımırlar. Buna görə də qayıtmaqla bağlı ancaq zarafat edə bilərəm. Deyəsən mən də unuduldum.
Hazırkı F1 bolidləri gözəl görünürlər. Sürət, əylənmədəki stabillik, yön dəyişmələri, asfaltayatma qüvvələri… hamısı yüksək səviyyədədir. Bu bolidlər ən sürətli bolidlərdir və onları sürmək istəyərəm. Lakin Formula1-də yarışmaq artıq mənlik deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*