C.Batton: Spa-nın təqvimdən çıxması pis olar

Sabiq Formula1 pilotu Censon Batton bildirib ki, şəhər tipli traslara görə SPA və digər ənənəvi trasları itirmək pis olacaq.

F-1.az xatırladır ki, təqvimə çox sayda ölkə daxil olmaq istəyir və buna görə də SPA və Pol Rikar traslarının gələcəyi təhlükə altındadır.

Censon Batton: “SPA təqvimdən çıxsa, çox məyus olaram. Monako ilə bağlı işlər daha çətindir, çünki pərdə arxasında başqa söhbətlər var. Amma SPA-nı başqa səbəblərə görə təqvimdən çıxarsanız, yaxşı olmaz. Bu tras ən yaxşılardan biridir. Orada əla yarışlar olur. Sürücülər də oranı sevir. Komandalar da orada olmaqdan həzz alırlar.

Məncə, diqqətli olmalıyıq. Formula1-in əyləncə olduğunu bilirik və bir serial onu Amerikada məşhrlaşdırdı. Bu da idman üçün əladır. LAkin yaxşı trasları saxlamaq lazımdır. Ancaq belə olan halda sürücülərin üzü gülə bilər. Əyləncəli traslarda daha yaxşı işlər görərlər, çünki orada narazı olmurlar.

Şəhər tipli traslarla köhnə tralsarın sintezi olan yeni trasların yaranması gözəldir. Ancaq həmişə elə yerlərdə yarışmaq yaxşı fikri deyil. Tras və yerləşdiyi ölkə də vacibdir, çünki azarkeşin gəlişi ondan asılıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*