M.Ferstappen: “Heç kimdə günah yoxdur”

Red Bull komandasının sürücüsü Maks Ferstappen startdakı insidentə görə Rəykköneni günahkar saymır.

F-1.az xatırladır ki, iki sürücü yarışın ilk döngəsində təmas yaşamış və nəticədə finlandiyalı sürücü havaya qalxmışdı. Bundan sonra Ferstappenin sükan sistemi xarab olub və Radillonda baryerlərə çırpılıb.

Maks Ferstappen: “Pis start aldım və bunun səbəini araşdıracağlq. Kimi orada olacağımı gözləmirdi və təmas etdik.Bu hal həmişə başıma gəlmir, lakin yarışda belə şeylər olur. Növbəti yarışda bunu kompensə etməyə çalışacağıq.

Rəykköneni günahkar saymıram. Məni görmədi. Döngəyə girən anda döndüyünü gördüm və geri addım atmaq mümkünsüz idi. Əks halda təkər bloka düşəcəkdi və bir-birimizə çırpılacaqdıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*