M.Ferstappen startda yer itirmək istəmir

Red Bull komandasının sürücüsü Maks Ferstappen növbəti Sinqapur yarışında startla bağlı problem yaşamaq istəmir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü son iki yrışda startda insidentlərə qarışaraq, vacib xallar itirib.

Maks Ferstappen
: “Sinqapur gözəl trasa sahibdir və gecələr çox gözəl görünür. Orada projektorları sevirəm və digər yarışlardan fərqlidir. Tras çətin traslardan biridir və Sinqapur isti yerdir. Fiziki cəhətdən çətindir və çox tərləyirik. Lakin burada çoxlu döngə var və mən çox sevirəm. Burada Spa və Montsa ilə müqayisədə güclü olmalıyıq. Keçən il ikinci oldum və bu ildə yaxşı həftəsonu keçirmək istəyirik. Sinqapurda ötmə etmək çətin olduğu üçün sıralanma turu çox vacibdir. Startda yer itirmək istəmirəm. Belə olanda işimiz çətinləşir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*