Avstraliyada 4 DRS zonası olacaq

Mövsümün üçüncü yarışı Avstraliyada azarkeşlər bir ilkə şahidlik edəcəklər. Belə ki, Albert Parkda 4 DRS zonası olacaq.

F-1.az bildirir ki, FİA rəsmən Melburnda Albert Park trasında qarşıdakı yarış üçün 2 DRS deteksiya və 4 DRS aktivasiya nöqtələrini təsdiq edib. Beləliklə, F1 tarixində rekorda imza atılıb – indiyə qədər heç bir trasda 4 DRS zonası olmamışdı.   

Qeyd edək ki, mövsümdə ilk dəfə iki DRS zonası bir deteksiya nöqtəsi ilə tənzimlənəcək.

Əgər deteksiya nöqtəsində iki maşın arasındakı interval 1 saniyədən az olarsa, onda arxadakı maşında aktivasiya nöqtəsində arxa qanadın hərəkətli elementini yuxarı qaldırmaq imkanı olacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*