22 Avqust 2019, Cümə axşamı - 15:34

M.Uebber: “Fettelə münasibətlərim mövzusu məni bezdirib”

M.Uebber: “Fettelə münasibətlərim mövzusu məni bezdirib”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:11 - 09 Mart, 2011

Mark Uebber ümid edir ki, onun Sebastyan Fettellə çətin münasibətləri barədə söz-söhbətlər artıq arxada qalıb. Yeni mövsüm ərəfəsində avstraliyalı sürücü […]

Mark Uebber ümid edir ki, onun Sebastyan Fettellə çətin münasibətləri barədə söz-söhbətlər artıq arxada qalıb. Yeni mövsüm ərəfəsində avstraliyalı sürücü keçənilki söhbətlərə qayıdıb…

Mark Uebber: “Hazırda bizim ikimiz üçün cəmi bir maşın var, ona görə də onu bölə bilməsək, problem olacaq. İki maşın olanda, baxarıq!

Sözsüz ki, keçən il biz bir-birimizi daha yaxşı tanıdıq. Keçən il həm komanda üçün, həm də bizim hər ikimiz üçün gözlənilməz oldu. Əlbəttə, mən çempionatın yekununu başqa cür görmək istərdim, amma bu idmandır…

Onsuz da çempion bir nəfər olmalıdır, keçən il nə Lyuis Həmilton, nə Fernando Alonso, nə də mən titul qazana bilmədik. Hələlik biz bilmirik ki, yenə də belə bir imkanımız olacaqmı.

Əgər uğurumuzu təkrarlaya bilməsək, onda gərginlik belə yüksək olmayacaq. Amma keçən mövsümdə nadir vəziyyət yaranmışdı. Sonuncu dəfə heç yadıma gəlmir ki, nə vaxt komanda yoldaşları sonuncu yarışda titula namizəd olublar? Əlbəttə, mən ümid edirəm ki, bu hal yenə də təkrar olunacaq…

Amma mənim Fettelə münasibətlərim mövzusu məni bezdirib. Ümid edirəm ki, mənim 70 yaşım olnada, məndən soruşmayacaqlar ki, mən Fetteli sevirəmmi.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 250
Teqlər
Paylaş

logo