Mücello, 22 yanvar

Ferrari yeni maşının mövsümdə ilk dördgünlük testlərini başa çatdırıb. İlkin olaraq komanda Portuqalianın Alqarve avtodromunda test keçirməyi planlaşdırsa da, sonradan […]

Ferrari yeni maşının mövsümdə ilk dördgünlük testlərini başa çatdırıb. İlkin olaraq komanda Portuqalianın Alqarve avtodromunda test keçirməyi planlaşdırsa da, sonradan pis hava proqnozu üzündən testləri ev trası sayılan Mücelloda keçirməyi qərar almışdı. Testlərin ilk üç günü Portuqaliyada olduğu kimi İtaliyada da yağışlı olub, amma dünən nahardan sonra tras qurumağa başlayıb və bu gün Felipe Massa tam quru trasa sliklərlə çıxıb. Komanda quru asfaltda yeni Bridgestone təkərlərinin işi barədə kifayət qədər məlumat toplaya bilib.

Felipe 103 dövrə vurub və dünənki nəticəsini 10 saniyə yaxşılaşdırıb – 1:23.981, düzdür günün sonunda onun maşınında hidravlik problemlər yarandığından proqram vaxtından tez dayandırılıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*