T.Kravits: Fettel və Rikkardo üçün darıxıram

Sky F1 kanalının müxbiri Ted Kravits bildirib ki, indidən Sebastyan Fettel və Daniel Rikkardo üçün darıxır.

F-1.az xatırladır ki, həm Sebastyan Fettel, həm də Daniel Rikkardo keçən ilin sonunda Formula1-dən ayrıldılar. İki sürücü də həm uğurları ilə, həm də xarakterləri ilə seçilirdilər.

Ted Kravits: “Bu il peletonda iki vacib əskiyimiz var və onlar üçün darıxırıq. Daniel Rikkardo və Sebastyan Fetteldən danışıram.

Hələ dördüncü gündən yoxluqlarını hiss etdim. İkisi üçün də darıxıram. Çox böyük şəxsiyyətlər idilər.

Onların yerlərini tutmaq üçün yeni gələn sürücülər çox işlər görməlidirlər. Əminəm ki, bacaracaqlar. Yenə də Dani və Seb üçün darıxıram”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*