M.Tayssen: “Başlıca məqsədimiz komandanı xilas etməkdir”

Bu uik-end BMW Motorsport-un başçısı Mario Tayssen Almaniyanın Oşersleben trasında WTCC çempionatının növbəti mərhələsində zavod komandası ilə birlikdə olacaq. Mövsümün […]

Bu uik-end BMW Motorsport-un başçısı Mario Tayssen Almaniyanın Oşersleben trasında WTCC çempionatının növbəti mərhələsində zavod komandası ilə birlikdə olacaq. Mövsümün sonunda Bavariya konserni Formula1 proqramını başa vurur, amma turinq çempionatında qalacaq. Buna baxmayaraq, Tayssen BMW Sauber komandasının düşdüyü vəziyyəti nikbinliklə şərh edib…

Mario Tayssen: “Danışıqların nə ilə qurtarmasını və komandanın gələcək taleyini əvvəlcədən söyləmək çətindir. Amma deyə bilərəm ki, şansımız var. Biz şansdan istifadə etməklə işləyirik, əlbəttə, başlıca məqsədimiz komandanın Formula1-də gələcəyini təmin etməkdir. Təkrar edirəm, şansımız var. Amma hələlik heç nə deə bilmərəm.

Çox güman ki, ehtiyat variant da var: əsas variant baş tutmasa, onda Hinvildəki başzanı BMW Group-un mühəndis və ya innovasiy amərkəzi kimi istifadə etmək olar. Amma bizim əsas məqsədimiz komandanı Formula1-də saxlamağa imkan verəcək sərmayədar tapmaqdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*