H.Marko: “Fettel artıq ən yaxşılardan biri deyil”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Fettel artıq ən güclü üç pilotdan biri deyil.

F-1.az xatırladır ki, almaniyalı sürücü son üç ildə ancaq səhvləri ilə gündəmə gəlib və bu il də gənc komanda yoldaşı Leklerdən geridə qalıb.

Helmut Marko: “Fettel hazırda ən yaxşı üç sürücü arasında deyil. Ancaq nə olursa-olsun onun uğurlarını kiçiltmirəm. O, dördqat Dünya Çempionudur və bunu bəxt hesabına qazanmadı. Buna görə də onun üstündən xətt çəkmək olmaz. Sadəcə Leklerin bu qədər sürətli olması gözlənilməz idi. Lekler mənəvi cəhətdən daha güclüdür. Ferrrari-də çox siyasət var. Sebastyan isə dürüst adamdır və Red Bull-da olduğu kimi düşündüyünü deyir, ancaq Ferrari siyasi komandadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*