F.Massanın əməliyyatı uğurla keçib

Ferrari komandasının mətbuat xidməti bildirib ki, Felipe Massa kəllə qapağında plastiki əməliyyat keçirib, əməliyya zamanı sürücünün aldığı zədənin nəticələri aradan […]

Ferrari komandasının mətbuat xidməti bildirib ki, Felipe Massa kəllə qapağında plastiki əməliyyat keçirib, əməliyya zamanı sürücünün aldığı zədənin nəticələri aradan qaldırılıb.

Əməliyyat San Puluda Albert Eynşteyn hospitalında keçirilib və 4 saat 30 dəqiqə çəkib. Uğurla başa çatan əməliyyatdan sonra Felipe bir neçə gün hospitalda qalacaq, gələn həftədən isə o evə qayıdaraq məşqlərə başlayacaq…