Toto Volff: “Mən həmişə öz gözləntilərimi doğrultmağa çalışıram. Başqalarının fikrinə isə, ümumiyyətlə, həssas deyiləm. Amma həyat yoldaşım və ya həmkarlarım mənə kifayət qədər yaxşı olmadığımı deyəndə, bunu ciddi qəbul edir və daha yaxşı olmaq üçün çalışıram.
Hər il məndən gözləntilər eyni olub – maksimum həddə işləmək və qalib gəlmək. Nəticə etibarilə, biz hamımız bunun üçün buradayıq: yarışlar və titullar qazanmaq üçün. Bəzən maşın liderlik edənləri – Red Bull və ya McLaren-i qabaqlamaq üçün yetərincə sürətli olmurdu və ən yaxşı nəticə ikinci və ya üçüncü yer olanda, bir il istisna olmaqla, məhz buna nail olurduq.
Əgər 20-30 ildən sonra bu dövrə qayıdıb statistikaya baxsanız, orada birinci yer, birinci, birinci, birinci, birinci, birinci, üçüncü, ikinci, dördüncü, ikinci yerləri görəcəksiniz. Yəni burada qətiyyən faciə yoxdur.
Bu il biz yenidən yarışlar və titullar qazanmağa qadir maşın hazırlamışıq. Bu baxımdan nəticə gözləntilərə uyğundur, amma hələ titulu qazanmaymışıq.
Bu, yenidən hamıdan güclü olduğumuz anlamına gəlirmi? Bunu qarşıdakı beş və ya on il göstərəcək. Hazırda mənim diqqətimi məhz bu dövr cəlb edir”.





