Mövsümün Avropa hissəsinin təqvimi iyunda elan olunacaq

Mövsümün gecikmiş startının iyulda Avstriyada ardıcıl 2 yarışla veriləcəyi gözlənilir, lakin təqvimin rəsmi versiyası hələ açıqlanmayıb.

F-1.az bildirir ki, Liberty Media əslində təqvimi gələn həftə elan etməyi düşünürdü, lakin Britaniya hökumətinin ölkəyə gələn hər kəsin 14 günlük karantin rejimində qalması məsələsində çempionat iştirakçıları üçün əvvəl verdiyi istisna qərarını ləğv etməsi Formula1 rəhbərliyinin planlarını dəyişib.

GPFans resursunun məlumatına görə, çempionatın təşkilatçıları Britaniya rəhbərliyi ilə danışıqların aparılması, rədd cavabı alacaqları təqdirdə, Silverstounun başqa trasla əvəzlənməsi üçün vaxt alıblar. Bununla əlaqədar, rəsmi təqvimin açıqlanması iyunun əvvəlinə təxirə salınıb.

Avstriya ilə yanaşı, Belçika və İtaliyada da yarışların keçirilməsi üçün razılıq alındığı güman edilir. Spa və Montsadakı yarışların ilkin təqvimdəki ilə eyni tarixlərdə – müvafiq olaraq, 30 avqust və 6 sentyabrda keçirilməsi gözlənilir. Avropadakı digər ölkələrlə yanaşı, Şimali və Cənubi Amerikadakı promouterlər və rəsmilərlə də danışıqlar davam etdirilir, çünki sözügedən ölkələrdə bir çox məhdudiyyətlər mövcuddur.

Eyni zamanda, Liberty Media çempionatı yaxın şərqdə bitirməyi planlaşdırır – Bəhreyn və Əbu Dabi Qran Priləri dekabrın ilk iki həftəsonunda baş tutmalıdır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*