C.Stüart: “Qızlar tənbəllik edirlər”

Ser Ceki Stüart bildirib ki, Formula1-də qadın sürücülərin olmamasının səbəbi düzülüşdəki qızlar deyil.

F-1.az xatırladır ki, Liberty Media düzülüşdəki qızlardan imtina edib. Williams komandasının rəhbər köməkçisi Kler Uilyams isə bu addımı dəstəkləyərək bildirmişdi ki, qadınlar Formula1-də daha yaxşı yerlərdə işləməli və durmalıdırlar.

Ceki Stüart: “Düzülüş qızları qadın sürücülərin qarşısını almır. Belə düşünmək axmaqlıqdır. Əgər bir komanda güclü qadın sürücü tapa bilsə, transfer edər. Bu, kişilərin də diqqətini cəlb edər. Formula1-in izləyiciləri də artar. Kommersiya cəhətdən də yaxşı olar. Makiyaj, geyim, kosmetika firmalarını idmana cəlb edər. Amma gənc xanımlar kartinqə getməyi sevmirlər. Bunu həmişə oğlanlar edir. Lyuis Həmilton, Fernando Alonso, Sebastyan Fettel davamlı kartinqə gedərdilər. Amma qızlar bunu edib mükəmməl sürücü ola bilməyiblər. Unutmayın ki, dünyada milyonlarla kartinq sürən var və sonda onlardan cəmi 20-si Formula1 pilotu ola bilir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*