19 Noyabr 2019, Çərşənbə axşamı - 06:04

C.Herbertin yeni təklifi

C.Herbertin yeni təklifi

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:35 - 26 Dekabr, 2016

Biz bu gün xəbər vermişdik ki, Formula1-in yeni sahibi Liberty Media şirkəti Şimali və Cənubi Amerikada yarışların sayını artırmaqla təqvimi genişləndirmək istəyir.

Amma şirkətin icraçı direktoru Qreq Maffey həftəsonu formatının dəyişdirilməsi üzərində də işləyir. Lakin avtodromlarla uzunmüddətli müqavilələr imzalanıb və bu planı reallaşdırmaq çox çətindir, amma gələcəkdə hər şey mümkündür. Keçmiş Formula1 sürücüsü Conni Herbert isə tam fərqli variant təklif edib…

Conni Herbert: “Həmişə demişəm, yenə də təkrarlayıram – bugünkü sürücülər cümə günü trasda işləmək istəmirlər. Çünki cümə günü onlar sadəcə mühəndislər üçün məlumat toplayırlar. Düzdür, mənim üçün bu qəribə haldır, çünki bizim vaxtımızda sürücülər maşından düşmək istəmirdilər və əlavə testlərdə işləməyə çalışırdılar.

Ona görə də yarış həftəsonunu həm azarkeşlərə, həm də sürücülərə maraqlı etmək lazımdır. Mənim təklifim belədir: cümə günü nahara qədər 90 dəqiqəlik sərbəst yürüşlərdə sürücülər məşq edirlər və nahardan sonra baş tutacaq sıralanma turuna hazırlaşırlar. Sıralanma turu elə indiki formatda keçirilir. Şənbə günü 30 dəqiqəlik məşqdən sonra birinci yarış keçirilir – bu yarışda sürücülər ancaq Mühəndislər Kuboku üçün xal toplayırlar. Bazar günü isə adət etdiyimiz yarış baş tutur – amma bu dəfə xallar sürücülərin hesabına yazılır.

Bazar günü heç bir komanda taktikası olmayacaq, sürücülər öz məqsədlərini güdəcəklər, özləri qərar qəbul edəcəklər. Məncə, tamaşaçılar çox razı qalacaqlar…”

F-1.az xatırladır ki, mövsümün əvvəlində Conni tam fərqli bir variant da təklif etmişdi.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 488
Teqlər , , ,
Paylaş

logo