C.Herbert: Əsl Mik qarşımızdadır

Sabiq Formula1 sürücüsü Conni Herbert bildirib ki, əsl Mik Şumaxeri görməyə başlayıblar.

F-1.az xatırladır ki, almaniyalı sürücü mövsümə pis başlasa da, son 2 yarışda xallar qazanıb. O, xüsusilə Avstriyada Həmiltonla mübarizəsinə görə diqqət mərkəzinə düşüb.

Conni Herbert: “Özünə gəldi. Səudiyyə Ərəbistanında etdiyi qəzadan çox şey öyrənməli idi. Son dövrlərdə vacib addımlar atdı və yaxşı nəticələr qazandı. Ona qarşı dürüst olan və həmişə tənqid edən Günter Ştaynerin təzyiqinə yaxşı cavab verdi.

Əsl Miki gördük. Elə bil Mixael sürür. Bu hirs yarış pilotu üçün çox vacibdir. Əsl Mik qarşımızdadır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*