11 Dekabr 2018, Çərşənbə axşamı - 18:26

R.Qrojan sözlərinə görə məyusdur

R.Qrojan sözlərinə görə məyusdur

Müəllif: Rauf Hacıyev, redaktor

16:11 - 19 Aprel, 2016

Haas komandasının sürücüsü Roman Qrojan belə görünür ki, Markus Eriksson barədə dediyi sözləri geri götürüb.

F-1.az xatırladır ki, Qrojan ilk iki yarışda mükəmməl performans göstərmişdi və iki dəfə Günün Sürücüsü mükafatını qazanmışdı. Amma fransalı Çin yarışının startında Eriksson ilə insident yaşayaraq isveçli sürücüyə “axmaq” demişdi.

Qrojan bildirib ki, yarışdakı hadisədən təsirlənib və ona görə belə açıqlama verib: “İlk iki yarış mükəmməl idi. Çində isə uğursuz olduq. Nələr baş verdiyini təhlil etməliyik. Bu yarış bizə göstərdi ki, işlər o qədər də asan deyil.

Əsəbləşmişdim və Erikssona axmaq dedim. Çempionatda ilk beşlikdə idim və istəyirdim ki, tempimi qoruyum.

Keçmişdə bəzi hadisələr oldu və mən o hadisələrdən dərs çıxardım”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 189
Teqlər , ,
Paylaş

logo