E.Qutyerres harda səhv edib?

Esteban Qutyerres bildirib ki, bu il Haas komandasında qalacağına əmin imiş...

F-1.az xatırladır ki, Qutyerres 2016-cı ildə Haas komandasına transfer olunsa da, 21 yarışda xal qazana bilməmiş və mövsümün sonunda komandadan qovulmuşdu. Amerikalılar onun əvəzinə Kevin Maqnusseni transfer etmişdilər.

Esteban Qutyerres: “Formula1-dəki zamanlamam yaxşı olmadı. Əmin idim ki, işlər həll ediləcək və bu hal mənə çətinlik yaratdı. Komandanı inşa etmək üçün insanlar var qüvvələrini ortaya qoymuşdular. Hər iki bolid üçün də tam paketə sahib olmaq çətin idi. Mövsümün əvvəlində bolidim üzərində zəif işlədilər və çoxlu tutarsızlıqlar var idi. Bu da komanda daxilində komunikasiya problemlərinə səbəb oldu və əsas problem bu idi. Məncə, bəzi şeylər müəyyənlənməmişdi. Mən isə bu cür şeylərin düzələcəyinə əmin idim. Ən böyük səhvim də bu idi. Həmin dövrdə ətrafımdakı insanlara fokuslanmışdım.

Problem onların zəif iş görməsində deyildi. Vəziyyət qarışıq idi və mən də nəticələrə çox fokuslanmışdım. İşlərin çox vaxt aparmasının səbəbi bu idi. Daha sonra baş verən hadisələrlə maraqlanmağa qərar versəm də, daha gec idi.

Onlara minnətdaram. Bütün işlər il ərzində müəmmalı idi, amma hər şey keçmişdə qaldı. Artıq bu barədə düşünmürəm. Gördüyüm işlərə görə peşman deyiləm, amma artıq potensialıma bələdəm. Bunu bir təcrübə kimi görürəm. Gələcək üçün işləyəcəm”.

Xatırladaq ki, Qutyerres aprelin 1-də Meksikada keçiriləcək Formula E yarışında çıxış edəcək və böyük ehtimalla sonrakı yarışlara da qoşulacaq. Bundan başqa, meksikalı sürücü Formula1-dəki güclü komandalardan birində test sürücüsü olmaq üçün danışıqlar aparır…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*