Formula1-in yeni loqotipi oğurluqdur?

Liberty Media-nın təqdim etdiyi yeni Formula1 loqosu oğurluq çıxıb...

F-1.az xatırladır ki, 2 ay əvvəl Əbu Dabi Qran Prisində yeni loqo təqdim edilmiş və tənqidlərə məruz qalmışdı. Liberty Media yeni loqonu idmanın sahiblərinin dəyişməsinə və elektron uyğunlaşmasına görə çıxardıqlarını demişdi. Lakin Wieden + Kennedy tərəfindən hazırlanan yeni loqotipin sonluğu, deyəsən, yaxşı olmayacaq. Çünki bənzər loqotip hazırda istifadə edilir.

3M şirkətinin Futuro qadın corab markası üçün hazırladığı bu loqotip uzun müddətdir istifadə edilir. Oradakı iki xətt yarış trayektoriyasını yox, bir diz görünümünü təmsil edir.

3M Formula1-ə loqotipin istifadəsi ilə bağlı qadağa qoymasından sonra başqa detallar da üzə çıxıb. 3M-in loqotipi keçən ilin fevralında Amerikada qeydə alınıb. Dörd aydan sonra isə istifadəsinə razılıq verilib. Formula1 isə yeni loqotipi noyabra qədər təqdim etməmişdi və buna görə də Avropa birliyi iki arada qalıb. Belə görünür ki, 3M ilə Liberty arasında ciddi söz-söhbət olacaq və burada üstünlük 3M-dədir. Uzun sözün qısası, Formula1-in yeni loqotipinin taleyi 3M şirkətinin əlindədir…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*