M.Kaltenborn Sauber-in səhmlərini alıb

Peter Zauber Sauber Group-un səhmlərinin üçdə birini komandanın icraçı direktoru Monişa Kaltenborna verməyi qərara alıb. Səhmlərin yerdə qalanı isə Peter […]

Peter Zauber Sauber Group-un səhmlərinin üçdə birini komandanın icraçı direktoru Monişa Kaltenborna verməyi qərara alıb. Səhmlərin yerdə qalanı isə Peter Zauberdə qalacaq.

Peter Zauber: “2009-cu ildə BMW şirkəti Formula1-i tərk edəndə, Monişa komandanın saxlanmasında vacib rol oynadı və həmin vaxtdan Sauber komandasının ciraçı direktoru kimi çalışır.

Mən səhmlərin bir hissəsinin ona verilməsini komandanın varisliyinin saxlanması yolunda vacib addım hesab edirəm. Mən istəyirəm ki, gələcəkdə şirkətə başçılıq mənim istədiyim kimi həyata keçirilsin. Monişa və komandanın marketinq direktoru olan mənim oğlum Aleks bu məqsədlərə cavab verirlər. Beləliklə, biz öz işçilərimizə uğurlu gələcək təmin edə bilərik.”

Monişa Kaltenborn: “Mən bu addımı böyük etmadın inikası kimi qiymətləndirirəm və özümü doğrultmaq üçün əlimdən gələni edəcəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*