Kartinq yarışında V.Rossi qələbə qazanıb (video)

Bu gün Madonna di Kampilyoda ənənəvi buz üzərində yarışlar keçirilib – yarışa Skuderiyanın sürücüləri ilə birlikdə MotoGP çempionatının Ducati komandasının […]

Bu gün Madonna di Kampilyoda ənənəvi buz üzərində yarışlar keçirilib – yarışa Skuderiyanın sürücüləri ilə birlikdə MotoGP çempionatının Ducati komandasının sürücüləri Valentino Rossi və Niki Heyden qatılıblar.

Kartinq yarışında qələbəni məşhur motosürücü Rossi bayram edib – italiyalı canlı əfsanə Skuderiyanın hər iki sürücüsünü qabaqlayıb, Alonso elə birinci dövrədə yerində fırlanıb, Massa isə ikinci olub.

Bundan sonra sürücülər buz üzərinə Fiat 500 maşınları ilə çıxıblar, bu dəfə də Rossi qələbəyə yaxın olub, amma son dövrələrdə Massa gözlənilməz ötmə ilə onu qabaqlayıb. Alonso isə yenə də üçüncü olub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*