Lotus Renault GP ciddi seçim qarşısında

Komanda Robert Kubitsaya ralli yarışlarında iştirak etməyə icazə vermişdi, polşalı sürücünün bu gün səhər qəzasından sonra Lotus Renault GP ən […]

Komanda Robert Kubitsaya ralli yarışlarında iştirak etməyə icazə vermişdi, polşalı sürücünün bu gün səhər qəzasından sonra Lotus Renault GP ən azı bir neçə yarışı güclü sürücüsüz keçirməli olacaq.

Lotus Renault GP qarşıdakı mövsümdə ciddi inkişafa ümid edirdi, komanda yeni maşının hazırlanmasına çoxlu güc sərf etmişdi. Mühəndislər bir neçə maraqlı texniki elementlər fikirlərşiblər və bunların potensialını Robert Kubitsa ilə trasda realizə etməyə ümid edirdilər, amma Robert ciddi zədələr üzündən mövsümü başlaya bilməyəcək və Vitaliy Petrovun yeni komanda yoldaşı məsələsi gündəmdə böyük əhəmiyyət kəsb edir.

Komanda çətin seçim qarşısındadır – yeni maşının təqdimatında beş ehtiyat sürücünün olması elan olunmuşdu, amma onlardan heç biri Robertin səviyyəsində çıxış etmək iqtidarında deyil. Keçən həftə komandanın başçısı Erik Bulye demişdi ki, beş sürücüdən yalnız Bruno Senna sükan arxasına oturmağa yaxşı hazırdır, amma komandaya yalnız əvəzləmə lazım deyil, həm də yaxşı nəticələr vacibdir.

İndi Vitaliy mövsümöncəsi testlərdə və ilk yarışlarda komandanın lideri olmalıdır. Onun yeni komanda yoldaşına da asan olmayacaq – Kubitsanın qəzasına qədər komanda qarşısına ciddi məqsədlər qoymuşdu və mövsümün ilk yarışlarından yaxşı nəticəyə ümid edirdi. Belə bir vəziyyətdə çox şey Erik Bulyenin işinin effektliyindən asılı olacaq – o, çətin məsələni həll etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*