Bridgestone Formula1-i tərk etməsini təsdiqləyib

Keçən il Bridgestone şirkəti cari müqavilə başa çatdıqdan sonra 2010-cu ilin sonunda Formula1-i tərk edəcəyini bildirmişdi. Şayiələr gəzirdi ki, federasiya […]

Keçən il Bridgestone şirkəti cari müqavilə başa çatdıqdan sonra 2010-cu ilin sonunda Formula1-i tərk edəcəyini bildirmişdi. Şayiələr gəzirdi ki, federasiya yeni müqavilə üçün əlverişli şərtlər təklif etməyə hazırdır, amma Bridgestone Motorsport-un başçısı Hiroşi Yasukava şirkətin qərarını təsdiq edib…

Hiroşi Yasukava: “Təəssüf ki, qərar artıq qəbul olunub və dəyişdirilməyəcək. Biz təkər təchizatı üzrə yeni tenderin nəticələrini gözləyirik. Bu mərhələdə mən deyə bilmərəm ki, texnologiyaların satışında söhbət gedirmi, hər şey yeni təchizatçının kimliyindən asılı olacaq, amma istənilən halda biz müqaviləni uzatmağı planlaşdırmırıq.”

FİA hələ yeni tenderin çərtlərini elan etməyib, amma şayiələrə görə, Bridgestone-nu Koreyanın Hankook və ya Kumho şirkətləri əvəz edə bilərlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*