S.Fettel KERS və arxa antiqanad haqqında (video)

Red Bull komandasının mətbuat xidməti maraqlı videoçarx hazırlayıb – Sebastyan Fettel bu il ötmələri asanlaşdırmalı olan iki yenilik haqqında danışır […]

Red Bull komandasının mətbuat xidməti maraqlı videoçarx hazırlayıb – Sebastyan Fettel bu il ötmələri asanlaşdırmalı olan iki yenilik haqqında danışır – kinetik enerjinin rekuperasiyası (bərpası) sistemi (KERS) və arxa antiqanadın idarə olunan hərəkətli elementi…

Sebastyan Fettel: “Salam, mən, Sebastyan Fettel, bu dəfə sizə KERS və arxa antiqanadın idarə olunan hərəkətli elementi barədə danışacam.

Hər dəfə mən əyləcə basdıqda, kinetik enerji generatorun köməyi ilə elektrik enerjisinə çevrilir və akkumulyatorda toplanır. Sükanda yerləşdirilmiş düyməni basdıqda, motorun gücü 80 at qüvvəsi artır – bunu trasın müxtəlif hissələrində və ya bir yerdə altı saniyə müddətində eləmək olar.

KERS bir dövrəni keçmə vaxtını 0.3 saniyə yaxşılaşdırmağa imkan verir, amma rəqibi keçmək üçün bir dövrədə 1.5 saniyə sürətli olmalısan.

KERS strategiyanın realizəsinə kömək edə bilər – sistemdən həm müdafiədə, həm də hücumda istifadə eləmək olar. Sistem sıralanma turunda da kömək edir, amma ən yaxşı istifadə anı – yarışın startıdır. Sürücülər KERS akkumulyatorlarını qızdırma dövrəsində doldururlar və starta hazır gəlirlər və əgər rəqiblərin maşınları arasında yer olsa, onda hücum etmək və ya öz mövqeyini qorumaq olar.

Ön antiqanadın idarə olunan hərəkətli elementinin yerinə 2011-ci ildən biz maşının aerodinamikasını arxa antiqanadın elementinin köməyi ilə dəyişə bilərik. Bizə onun vəziyyətini dəyişməyə icazə verilir, bununla maşının havaya müqavimətini azaldırıq, düzdür, yarışda bunu məyyən sahədə və yalnız rəqibə çox yaxın olduqda edə biləcəyik.

Slipstrimdən istifadə etməklə siz rəqibin maşınının arxasından çıxırsınız və qarşıdan gələn hava axınına dirənirsiniz, elə bu vaxt sistemi aktivləşdirmək olar. Arxa antiqanadın idarə olunan elementi 10 km/saatlıq üstünlük əldə etməyə imkan verir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*