Leklerin məqsədi qalmayıb

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, artıq hədəfi qalmayıb.

F-1.az xatırladır ki, monakolu sürücü ilk 3 yarışdan sonra 6 xal toplayıb və lider Ferstappendə 63 xal geridə qalır.

Şarl Lekler: “Bu il üçün hədəfim yoxdur. Yarışları cəza almadan və problem yaşamadan bitirməliyik. Hazırda əsas məqsəd budur.

Ferrari də maşını təkmilləşdirməlidir. Bu yarış üçün səbirsizlənirdik, çünki Karlosda gördüyünüz kimi yaxşı performans göstərdik. İndi isə növbəti yarışı gözləyəcəyik. Avstraliyada yaxşı görünürdük”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*