Lotus “ikiqat DRS”-in öz versiyasını hazırlaya bilər

Lotus komandası FİA-nın nümayəndələrini Mercedes AMG maşınlarında quraşdırılmış “ikiqat DRS” sisteminin qeyri-qanuni olmasına inandıra bilmədi. Bundan sonra komandanın nümayəndələri teiraf […]

Lotus komandası FİA-nın nümayəndələrini Mercedes AMG maşınlarında quraşdırılmış “ikiqat DRS” sisteminin qeyri-qanuni olmasına inandıra bilmədi. Bundan sonra komandanın nümayəndələri teiraf ediblər ki, eyni sistemi öz maşınlarına quraşdırmağa hazırdırlar…

Ceyms Əllison: “Hazırda biz sistemin verəcəyi üstünlüyü və hazırlanma məsrəflərini qiymətləndirməklə məşğuluq.

Mercedes AMG maşınlarında quraşdırılmış sistemin real effektliyi barədə heç kim heç nə bilmir. Amma prinsipcə bu elə də vacib deyil – biz dəqiq bilməliyik ki, bizim sistem nə qədər effektiv olacaq. Məsələn, tutaq ki, hər bir yarış üçün hazırladığımız yeniliklər 0.1 saniyə sürətimizi artırmağa imkan verir, amma “ikiqat DRS” birdən birə 0.4 saniyə üstünlük verir. Deməli, biz dörd yarışı qurban verməklə bütün resurslarımızı yenis sitemin hazırlanmasına yönəldə bilərik. Amma məlum olsa ki, belə bir sistemi tətbiq etmək üçün 7 və ya daha çox yarışdan keçməliyik, onda sistem elə də effektiv olmayacaq. Həm də unutmamalıyıq ki, sistem yalnız sıralanma turlarında işləyir, yarışda isə, əksinə, bəlkə də təkərlərin daha tez yeyilməsinə səbəb olur. ”

Lotus komandasının başçısı Erik Bulye də təsdiq edib ki, FİA-nın qərarından sonra fəaliyyətinin bəzi prinsiplərini dəyişəcək: “İndi bizə FİA_nın mövqeyi aydın oldu, biz reqlamenti daha radikla yoza bilərik. Çox güman ki, biz belə sistemi hazırlayacayıq, amma ilkin qiymətləndirmədən sonra. Şübhə yoxdur ki, sıralanma turunda sistem hissolunacaq dərəcədə üstünlük verir, amma onun heç bir xeyri yoxdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*