L.Həmilton: “İnamımı itirmədim”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Almaniyada həftəsonu ərzində inamını itirməyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü sıralanma turunda hidravlik problem yaşayaraq 14-cü olub. Bundan sonra əksəriyyət onun qələbə qazana bilməyəcəyini düşünsə də, dördqat Dünya Çempionu çətin olanı bacarıb və mövsümdə 4-cü qələbəsini qazanaraq, turnir cədvəlində yenidən liderliyə yüksəlib.

Lyuis Həmilton: “Doğrudan da, çətin idi. Başladığım yerdən qalib gəlmək çətin görünürdü. Amma inanmalı idik və yarışdan əvvəl dua etdim. Məni dəstəkləyən çox adam var idi və onlar üçün qalib gəlmək istədim. Bolid də bu gün möhtəşəm idi. Hər dövrə qələbəyə inandım. Qətiliklə deyə bilərəm ki, möhtəşəm yarış oldu. Hazırda çempionatdakı liderliyi düşünə bilmirəm. Amma çox çətin idi. Yağış başlayanda yaxşı yerdə olacağımı düşünsəm də, hər şey müəmmalı idi. Təhlükəsizlik avtomobilindən sonra arxadakıların təkərləri daha yaxşı idi, ancaq işlər istədiyim kimi getdi. Komandaya təşəkkür edirəm. Mənim onlara olan inamım və onların mənə olan inamı heç vaxt dəyişməyəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*