L.Həmilton: “Çoxdan çempionata başçılıq etmirdim”

Bu gün yeni tarixində ilk qələbəsini qazanmış Mercedes AMG komandasının trasda yeganə rəqibi McLaren sürücüləri olublar. Ötürmələr qutusunun dəyişdirilməsi üzündən […]

Bu gün yeni tarixində ilk qələbəsini qazanmış Mercedes AMG komandasının trasda yeganə rəqibi McLaren sürücüləri olublar. Ötürmələr qutusunun dəyişdirilməsi üzündən yeddinci yerdən start alan Lyuis Həmilton yarışı üçüncü yerdə başa vurub – mövsümün ilk üç yarışında ardıcıl üç podium və nəticədə Çin Qran Prisindən sonra britaniyalı sürücü çempionata başçılıq edir…

Lyuis Həmilton: “Əla yarış oldu! Censonla mən qələbə qazanmasaq da, mən Nikoya görə şadam – ilk qələbə heç vaxt unudulmur. Əlbəttə, komandamıza görə də şadam, axı biz Censonla yenə də podium qazandıq və çoxlu xal topladıq.

Gün çətin alındı, mən Niko ilə mübarizə aparmaq istərdim, amma heyif ki, buna imkan yox idi – mən orta cərgəlrədən start aldım, çoxlu ötmələr etdim. Xüsüsən də ardıcıl ötmələrdən xoşum gəldi, deyəsən, MP4-27-dən maksimum yararlandım.

Maşının sürətli olmasını, stabil olmasını başa düşmək xoşdur. İndi əsas odur ki, yerimizdə dayanmayaq və işimizi davam etdirək. Mercedes AMG, Red Bull, Ferrari, Lotus və Sauber bizə çox yaxındırlar, rəqabətin səviyyəsi olduqca yüksəkdir, bu isə azarkeşlərə maraqlı yarışlar vəd edir.

Mən çoxdan çempionata başçılıq etmirdim, amma bu məni işimdən yayındırmamalıdır. Əgər mən hər bir yarışa indi olduğu kimi yanaşsam, qələbələr tezliklə gələcəklər, ona görə də mən maksimum yüksək nəticəyə işləməyə hazıram.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*