Macarıstan-2018: Sürücülərin cərimə balları və rəsmi xəbədarlıqları

FİA 2014-cü ildən etibarən cərimə ballarının tətbiqinə başlayıb – hər bir sürücüyə bəzi hallarda yarışdakı mövqeyinə təsir edəcək cəzalardan əlavə cərimə balı da verilir.

Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.

F-1.az bildirir ki, Macarıstanda stüardlar yalnız Valtteri Bottasın hesabına cərimə balı yazıblar – buna səbəb finlandiyalı sürücünün Daniel Rikkardoyla insidenti olub. Növbəti yarış avqust ayının sonlarına təsadüf edəcək və bu müddətdə yalnız keçən il Macarıstada verilmiş cərimə balları qüvvədən düşəcək. Maqnussen və Ferstappenin hesabından 2 bal silinəcək, cəmi 1 cərimə balı olan Kvyatın adı isə bu siyahıdan da silinmiş olacaq.

Biz artıq bu dəyişiklikləri cədvəldə nəzərə alaraq statistikanı təqdim edirik.

Yer N Sürücü Bal 1-ci cərimə 2-ci cərimə 3-cü cərimə 4-cü cərimə
1 9 Markus Eriksson 7 2 (ABŞ, 2017) 3 (Çin, 2018) 2 (Azərbaycan, 2018)
2 8 Roman Qrojan 7 1 (Meksika, 2017) 2 (Braziliya, 2017) 2 (İspaniya, 2018) 2 (Fransa, 2018)
3 7 Kimi Rəykkönen 5 3 (Belçika, 2017) 2 (Britaniya, 2018)
4 10 Pyer Qasli 4 2 (Çin, 2018) 2 (Britaniya, 2018)
5 18 Ləns Stroll 4 1 (ABŞ, 2017) 3 (Avstriya, 2018)
6 28 Brenon Hartli 4 4 (Bəhreyn, 2018)
7 35 Sergey Sirotkin 4 2 (Azərbaycan, 2018) 2 (Fransa, 2018)
8 33 Maks Ferstappen 3 1 (ABŞ, 2017) 2 (Çin, 2018)
9 20 Kevin Maqnussen 3 1 (ABŞ, 2017) 2 (Azərbaycan, 2018)
10 11 Serxio Peres 3 1 (Belçika, 2017) 2 (Azərbaycan, 2018)
11 5 Sebastyan Fettel 3 2 (Fransa, 2018) 1 (Avstriya, 2018)
12 19 Felipe Massa 3 3 (Belçika,2017)
13 14 Fernando Alonso 2 2 (Yaponiya, 2017)
14 3 Daniel Rikkardo 2 2 (Avstraliya, 2018)
15 55 Karlos Sayns 2 2 (Almaniya, 2018)
16 77 Valtteri Bottas 2 2 (Macarıstan, 2018)
17 30 Colion Palmer 1 1 (İtaliya, 2017)
18 27 Niko Hülkenberq 1 1 (Əbu Dabi, 2017)
19 2 Stoffel Vandorn 1 1 (İspaniya, 2018)

 

Hunqarorinqdə heç kimə rəsmi xəbərdarlıq edilməyib.

Qeyd edək ki, mövsüm ərzində üç rəsmi xəbərdarlıq almış sürücü növbəti yarışın startında 10 yer itirməklə cəzalandırılır.

Yer N Sürücü Tras üzərində Trasdan kənarda Ümumi
1 33 Maks Ferstappen 1 0 1
2 3 Daniel Rikkardo 1 0 1
3 20 Kevin Maqnussen 1 0 1
4 10 Pyer Qasli 1 0 1
5 31 Esteban Okon 1 0 1
6 44 Lyuis Həmilton 1 0 1
7 55 Karlos Sayns 1 0 1
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*