D.Rikkardo: Təmiz tərəfdən başlamaq yaxşıdır

McLaren komandasının sürücüsü Daniel Rikkardo təmiz tərəfdən başladığı üçün sevinclidir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Meksikadakı sıralanma turunda 7-ci olub.

Daniel Rikkardo: “Özümü qəribə hiss edirəm, çünki Saynsdan sadəcə 0.002 saniyə geridə qaldım. Yenə də iki Ferrari-nin arasında olmaq gözəl nəticədir. Komanda əla işlədi və Lando mənə kömək elədi. Trasın təmiz tərəfindən başlamaq gözəldir. Bundan istifadə etməyə çalışacağam. Dövrəm məncə, yaxşı idi. 13-cü döngədə ön təkəri blokladım və buna görə də vaxt itirdim. Yoxsa altıncılıq mümkün idi.

Yarış tempində necə olduğumuzu bilmirəm, çünki cümə günü heç test eləmədim. Biz qorxurduq ki, Ferrari 4-5, biz isə 8-9-cu yerlərdə olarıq. Cümə günü də çox vaxt itirmişdim. Sıralanma turunda isə yaxşı dövrələr vurduq. Məncə, yeddinci yerdən razı qalmalıyam. Startda əlimdən gələni edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*