Leklerin motoru təmiz əldən gedib

Ferrari komandası bildirib ki, Leklerin Bakıda xarab olan motoru tamamilə yararsızdır.

F-1.az xatırladır ki, monakolu sürücü Bakıdakı yarışda lider gedərkən motoru xarab olmuş və mübarizəni dayandırmışdı. Lekler Bakıda daha əvvəl İspaniyada problem yaşadığı və yarışı dayandırdığı daxiliyanma mühərriyi ilə mübarizə aparırdı. İspaniyadakı problemə görə turbo və MGU-H generatoru problem görmüşdü.

Ferrari Bakıdakı problemdən sonra güc qurğusunu təhlil etdikdən sonra İspaniyadakı problemin təkrarlandığını bildiriblər. Güc qurğusu yenidən istifadə olunmayacaq halda olmadığı üçün gənc sürücü yeni detallara keçəcək.

Ferrari bu barədə belə açıqlama verib: “Araşdırmalardan sonra məlum oldu ki, Şarlın Bakıda istifadə etdiyi güc qurğusu artıq bərpaolunmaz vəziyyətdədir. Problemlə daha əvvəl İspaniyada qarşılaşmışdıq. İndi paketi gücləndirmək üçün bəzi işlər görəcəyik. Hər şey nəzarətimizdədir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*