L.di Montedzemolo: “Gec-tez Alonso Ferrari-nin sükanı arxasında oturacaq”

Ferrari-nin prezidenti Luka di Montedzemolo deyib ki, Fernando Alonso gec-tez Skuderiyanın heyətində çıxış edəcək, amma işarə edib ki, bu hələ […]

Ferrari-nin prezidenti Luka di Montedzemolo deyib ki, Fernando Alonso gec-tez Skuderiyanın heyətində çıxış edəcək, amma işarə edib ki, bu hələ gələn il baş verməyəcək. Alonsonun Ferrari-yə keçməsi barədə söz-söhbət çoxdan gəzir, dünən Skuderiyanın İspaniyanın Santander bankı ilə müqaviləsindən sonra şayiələr güclənib…

Montedzemolonun sözlərinə görə, Ferrari gələn mövsümə çoxlu sürücüləri var, ona görə hələlik Alonso barədə düşünmürlər, amma qeyd edib ki, nə vaxtsa ispan sürücü Maranelloya gələcək.

Luka di Montedzemolo: “Gec-tez bu baş verəcək. Sual oluna bilər – nə vaxt? Gələn il bizim komandada Rəykkönen, Massa, Fizikella, Badoyer, Jene və ümid edirəm ki, Mixael Şumaher olacaqlar, ona görə də bizim ehtiyat skamyamız futbolda olduğu kimi uzun olmalıdır…

Amma eyni zamanda etiraf etməliyəm ki, Alonso həmişə mənim xoşuma gəlib, axı o əla sürücüdür: mən Fernandoya hələ o Minardi-də çıxışe dərkən diqqət etmişdim. O ikiqat dünya çempionudur və mən həmişə hesab etmişəm ki, bütün dahi sürücülər əvvəl-axır Ferrari-də olmalıdırlar.

İmola yarışından əvvəl Ayrton Senna mənə yaxınlaşıb demişdi ki, “mən karyeramı Ferrari-də qurtarmaq istəyirəm.” Skuderiyada Prost, Lauda, Mənsell, Şumaher kimi ulduzlar çıxıb edib, ona gör baxaq görək nə olacaq – həyat uzundur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*