Y.Tsunoda: Liderlik barədə düşünmürəm

AlphaTauri komandasının sürücüsü Yuki Tsunoda bildirib ki, gələn mövsüm sürətli olsa, o da komandaya liderlik edəcək.

F-1.az xatırladır ki, yaponiyalı sürücünün gələnilki komanda yoldaşı Nik de Friz olacaq. Düzdür, Nik daha əvvəl Formula2, Formula E seriyalarında çempion olub, amma Formula1-də ilk mövsümü olacaq. Buna görə də əksəriyyət düşünür ki, komandanın lideri niderlandlı sürücü olacaq. Ancaq digər tərəfdən Tsunodanın ikillik Formula1 karyerası var.

Yuki Tsunoda: “Sürətli sürücü komandanın lideri olacaq. Komandanın liderliyi barədə düşünmürəm. Sadəcə işimə köklənmişəm. Öyrənəcəyim çox şey var”.