L.Həmilton: Lap ağını çıxarıblar

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, kubokları uzaqdan idarə edilən robotların verməsi lap ağ olub.

F-1.az xatırladır ki, Ştiriya yarışından sonra kuboklar uzaqdan idarə edilən stolların üzərində gəlib.

Lyuis Həmilton: “Məncə, çox qəribə idi. Kuboku uzaqdan üstümə tullasalar, bundan yaxşı idi. Sözün düzü, qəribə dövrdəyik.

Boliddə olanda hər şey normal olur. Lakin boliddən düşəndə azarkeşləri görməmək mənə təsir etdi. Trasda ruh yox idi. Azarkeşlər üçün darıxmışam. Onların burada olması hər şeyə təsir edir.

Kuboklar isə stolların üstündə gəlir. Çox qəribədir. Məncə, ağını çıxarıblar. Çünki burada hamı test edilib, hamıda əlcək var. Tədbirlər alınmışdı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*